Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Ali Məhkəmədən yol-nəqliyyat hadisələri ilə bağlı mühüm qərar

Orkhan Ali 06 Mart 2025 - 16:30 (Last updated: 21 May 2025 - 20:15)
Ali Məhkəmə

Ali Məhkəmə

Ali Məhkəmədən yol-nəqliyyat hadisələri ilə bağlı qərar qəbul edib. Bu barədə AzPost-a Ali Məhkəmədən bildirilib.
Məlumata görə, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan şəxsin işinə baxılıb.
İbtidai istintaq orqanı tərəfindən şəxsə Cinayət Məcəlləsinin (CM) 263.2 (Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham verilib. İttihama görə, o, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan avtomobil ilə Sumqayıt şəhəri ərazisində yolu sağdan sola keçən piyadanı ehtiyatsızlıqdan vurub, nəticədə zərərçəkmiş aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib. Sürücü isə yol nəqliyyat hadisəsi yerindən qaçıb.
Məhkəmə prosesində verilən ittihamlar üzrə şəxs özünü təqsirli bilməyib. Birinci instansiya məhkəməsi işi araşdıraraq, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib və ona hər iki maddə üzrə bəraət verib. Apellyasiya instansiya məhkəməsi də hökmü qüvvədə saxlayıb. Bundan sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. Müraciətdə bəraət qərarının ləğvi istənilib.
Ali Məhkəmənin Cinayət kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin və müdafiəçinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlib ki, kassasiya protesti qismən təmin edilməlidir.
Hazırkı vəziyyətdə məhkəmə kollegiyası hesab edib ki, şəxsə CM-in 263.2-ci maddəsi ilə bəraət verməkdə birinci instansiyası məhkəməsi haqlı olub.
Lakin şəxsin əməlində həm CM-in 264-cü maddəsinin, həm də CM-in 143-cü (Təhlükədə qoyma) maddəsinin tərkib əlamətləri olduqda, şəxs xüsusi norma olan CM-in 264-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməli, əgər şəxsə CM-in 263-cü maddəsi ilə bəraət verildikdə və məhz bu səbəbdən həmin şəxsin əməlində CM-in 264-cü maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlindikdə, bu zaman şəxsin əməlində hazırkı vəziyyət üzrə ümumi norma olan CM-in 143-cü maddəsinin tərkib əlamətlərinin olub-olmaması məsələsi müzakirə edilməlidir.
Nəzərə almaq lazımdır ki, CM-in 143-cü maddəsində nəzərdə tutulmuş cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin əməlin törədilməsi nəticəsində təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan zərərçəkmiş şəxsin həyatı və sağlamlığı təhlükə altına alınmış olur. Belə əmələ görə cinayət məsuliyyətinin nəzərdə tutulması müxtəlif səbəblərdən öz təhlükəsizliyini təmin edə bilməyən şəxslərin labüd təhlükədən qorunmasına yönəlmişdir.
CM-in 143-cü maddəsinin sanksiyası CM-in 264-cü maddəsinin sanksiyasından daha yüngül olduğundan, əməlin CM-in 264-cü maddəsindən CM-in 143-cü maddəsinə tövsif olunması irəli sürülmüş ittihamın məzmunu və cəzaya münasibətdə şəxsin vəziyyətinin ağırlaşdırılmasına səbəb olmayacaqdır. Birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi də, hazırki iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə mühüm əhəmiyyətə malik olan sübutların araşdırılmasından imtina edərək, həm də, araşdırılmış sübutlara CPM-in 143-146-cı maddələrinin tələb etdiyi kimi, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verməyib, şəxsin CM-in 264-cü maddəsi ilə də təqsirsiz olması barədə nəticəyə gələrkən, kifayət etməyən sübutlara əsaslanıblar.
Bu baxımdan Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarı ilə kassasiya protesti qismən təmin edilib, qərar, şəxsə Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilib, cinayət işi həmin hissədə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.

Post navigation

Previous: Novruz tətilində haralarda istirahət etmək olar?
Next: 12 əvvəl törədilən qətlin üstü açıldı –

Oxşar xəbərlər

ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58
mirsake
  • Baş Yazı

Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

User 27 Oktyabr 2026 - 13:14
ilham medeniyet
  • Baş Yazı

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir – CANLI

User 27 Oktyabr 2026 - 10:00

xƏBƏR

bebir
  • Maraqlı

Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü

User 27 Oktyabr 2026 - 23:13
Niderlandda safari parkının bəbirin hücumuna məruz qalan əməkdaşı vəfat edib. Associated Press agentliyinin məlumatına görə, hadisə şənbə...
Read more about Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü
Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib? putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.