Ali təhsil səviyyələrində tədris planlarına seçmə fənlər üzrə proqramlar daxil ediləcək

07 Mart 2020 - 21:15

Ali təhsilin bakalavriat və magistratura səviyyəsində tədris planlarına seçmə fənlər üzrə proqramlar daxil ediləcək.

APA-nın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” və “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda müvafiq dəyişiklik edib.

Bakalavriat səviyyəsində tədris planlarına təhsil müəssisələri tərəfindən daxil edilən seçmə fənlər üzrə proqramlar təhsil müəssisələri tərəfindən təsdiq ediləcək. Magistratura səviyyəsində tədris planlarına təhsil müəssisələri və AMEA tərəfindən daxil edilən seçmə fənlər üzrə proqramlar isə təhsil müəssisələri və AMEA tərəfindən təsdiq ediləcək.