Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Ali təhsil artıq vacib deyil, indi “nə bacarırsan?” sualını verirlər” –

User 06 Dekabr 2025 - 12:08 (Last updated: 06 Dekabr 2025 - 12:08)
kamran esedov
“Son yarım əsrin təhsil göstəricilərinə baxanda çox aydın bir tendensiya görünür: ali təhsil artıq “elit seçim” deyil, kütləvi mərhələyə keçib“.
AzPost bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə paylaşımında qeyd edib.
Onun sözlərinə görə, əgər 50 il əvvəl məktəb məzunlarının cəmi 15–20 faizi universitetlərə üz tuturdusa, 1980-ci illərin sonunda bu göstərici 25–30 faizə qalxmışdı. Bu gün isə bəzi ölkələrdə ali təhsilə yönələnlərin payı 50–70 faiz, hətta daha yüksəkdir. Finlandiyada bu göstərici 94 faiz, Cənubi Koreyada 96 faiz, ABŞ-da 82 faiz, Böyük Britaniyada isə təxminən 60 faizdir. Bu rəqəmlər ali təhsilin genişlənməsini göstərir, amma keyfiyyət və real fayda məsələsini avtomatik həll etmir.
“Pandemiyadan sonra isə daha dərin bir dönüş baş verdi. Ənənəvi universitet modeli artıq yeganə və ya əsas bilik mənbəyi olmaqdan uzaqlaşdı. İnsanlar gördülər ki, real iş bacarıqları, çevik kompetensiyalar və tez uyğunlaşma qabiliyyəti klassik auditoriya mühitindən daha sürətli və effektiv formada qeyri-formal təhsil vasitəsilə əldə oluna bilir. Qısa müddətli kurslar, ixtisasartırma proqramları, onlayn təlimlər və sertifikatlar bir çox hallarda universitet diplomundan daha funksional nəticə verir”-deyə o qeyd edib.
K.Əsədovun fikrincə, bu, universitetlərin tamamilə lazımsız olması anlamına gəlmir: “Problem ondadır ki, bir çox universitetin verdiyi təhsil əmək bazarının real tələblərindən geri qalır. İşəgötürənlər artıq “haranı bitirmisən?” sualından çox, “nə bacarırsan?” sualını verir. Və bu bacarıqların böyük hissəsi 4–5 il davam edən klassik təhsil yox, məqsədli, qısa və praktiki proqramlarla formalaşır”.
Ekspert ildirib ki, yaxın 5 ildə auditoriyalarda ənənəvi dərslərin əsasən zəif təhsil sistemi olan ölkələrdə qalacağı ehtimalı getdikcə güclənir. Güclü təhsil sistemləri isə daha çevik, hibrid, praktik və fərdiləşdirilmiş modellərə keçir. Artıq yeni təhsilalma və təhsilvermə modeli sınaqdan çıxıb və uğurlu nəticə göstərib.
“Az xərcli, mobil, çevik və ehtiyaca əsaslanan təhsil dövrü başlayıb. Bu prosesin qarşısını almaq mümkün deyil. Məsələ bu dəyişikliklərə dirənmək yox, onları düzgün oxumaq, milli təhsil siyasətini və universitet modelini bu reallıqlara uyğunlaşdırmaqdır. Təhsil diplom üçün deyil, real həyat üçün olmalıdır”-deyə K.Əsədov vurğulayıb.

AzPost.az

Post navigation

Previous: Ukrayna PUA-larının zərbə endirdiyi “Kairos” tankeri saya oturub
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17
corek
  • Sosial

Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər

User 26 Oktyabr 2026 - 14:00

xƏBƏR

hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
“Figaro” və “Le Monde” qəzetləri, demək olar ki, hər gün Azərbaycan əleyhinə materiallar dərc edirlər“. Oxu.Az xəbər...
Read more about “Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.