Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Alimlər Leonardo da Vinçinin genetik kodunun sirlərini açıb

User 22 May 2025 - 23:10 (Last updated: 22 May 2025 - 22:10)
da vinci

Artıq beş əsrdən çoxdur ki, Leonardo da Vinçi qeyri-adi istedadı və yenilikçi təcrübələri ilə tanınan rəssam, alim və ixtiraçı kimi qeyd olunur. Bu gün “Leonardo DNA Project” layihəsinin beynəlxalq əməkdaşlığı İntibah dövrünün ən böyük dahisinin bioloji sirlərini açmağa həmişəkindən daha yaxındır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Leonardo da Vinçi İrsi Assosiasiyasının ekspertləri Alessandro Vezzosi və Anyeze Sabato “Angelo Pontecorboli Editore” tərəfindən nəşr olunan “Genìa Da Vinci. Genealogy and Genetics in Search of Leonardo DNA” kitabında Leonardo da Vinçi İrsi Assosiasiyasının 30 illiyi münasibətilə aparılan tədqiqatların nəticələrini təqdim ediblər. Vinçi bələdiyyəsinin dəstəyi ilə nəşr olunan kitabda 21 nəsli və 400-dən çox insanı əhatə edən 1331-ci ilə aid müfəssəl ailə şəcərəsi var. Bu tədqiqat indiyə qədər aparılan ən qabaqcıl tarixi genetik araşdırmalardan birinin əsasını qoyur və Leonardonun genetik profilinin yenidən qurulmasını ehtiva edir.

Kitabda dərc olunan mənbələrin və arxiv sənədlərinin diqqətlə təhlili nəticəsində Vezzosi və Sabato Leonardonun mənsub olduğu ailənin “budaqlarını” yenidən uğurla qurublar, o cümlədən həm dahi şəxsiyyətin atası, həm də onun ögey qardaşı Domeniko Benedetto ilə bağlı 15-ci nəsil şəcərəsini müəyyən ediblər.

Müəlliflər, həmçinin Vinçidəki Santa-Kroçe kilsəsində da Vinçi ailəsinin məzarının olduğunu təsdiqləyiblər və hazırda Florensiya Universiteti ilə birgə arxeoloji qazıntılar aparılır. Burada Leonardonun babası Antonio, dayısı Françesko və bir neçə ögey qardaşı – Antonio, Pandolfo və Covanni dəfn oluna bilərdi.

Tədqiqatçılar Leonardonun dühasının genetik mənşəyini, onun kəskin görmə qabiliyyətini və yaradıcılıq istedadını izləməyə, habelə dahi şəxsiyyətin sağlamlığına, ölümünə təsir edən genetik amilləri müəyyən etməyə çalışırlar.

Alimlər Leonardonun şəcərəsi ilə bağlı mifləri də təkzib ediblər. Onların dediyinə görə, onun anası Katerina çox güman ki, florensiyalı bankir Vanni di Nikkolo ailəsində kölə, atası isə gənc notarius olub. Genealoji təhlillər göstərir ki, onun babası Antonio təkcə kənd təsərrüfatı ilə deyil, həm də İspaniya ilə Şimali Afrika arasında səyahət edən gəmilərin beynəlxalq ticarəti ilə məşğul olub.

Layihənin əlaqələndiricisi Cessi Ausubel qeyd edib: “XXI əsr həmişəlik itirilən biliklər və yeni kəşflər arasında sərhədləri aradan qaldırır. İstisna etmirik ki, tezliklə Leonardonu tamamilə yeni, bioloji perspektivdən tanıya biləcəyik”.

AzPost.az

Post navigation

Previous: Xərçəng hüceyrələri qan dövranına necə “sızır”?
Next: Ağdaşda suvarma kanalında 12 gün əvvəl batan şəxsin meyiti çıxarılıb

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

chtgpt
  • Media

ChatGPT, yoxsa Claude – Hansı süni intellekt daha güclüdür? / 5 əsas fərq

User 21 Noyabr 2026 - 11:05
ChatGPT və Claude süni intellekt sahəsində iki ən böyük addır və son aylarda hər iki platformanın imkanları...
Read more about ChatGPT, yoxsa Claude – Hansı süni intellekt daha güclüdür? / 5 əsas fərq
“İranı məhv edirik” – Tramp ABŞ-ın hücumları ilə bağlı danışdı tramp f
  • Dünya

“İranı məhv edirik” – Tramp ABŞ-ın hücumları ilə bağlı danışdı

User 21 Noyabr 2026 - 10:55
Ukraynaya 8 milyard avro ayrıldı – Avropa İttifaqından rekord dəstək der leyen02
  • Dünya

Ukraynaya 8 milyard avro ayrıldı – Avropa İttifaqından rekord dəstək

User 21 Noyabr 2026 - 10:45
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul edib ilham vyetnam
  • Siyasət

Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul edib

User 21 Noyabr 2026 - 10:42
Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.