Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər

Orkhan Ali 20 Aprel 2024 - 13:28 (Last updated: 21 May 2025 - 20:15)
17136039362284818149_1200x630

Britaniya və Çin alimləri yaşlı insanlarda əzələlərin hansı səbəbdən zəiflədiyinə aydınlıq gətiriblər. “Nature Aging” jurnalında dərc edilən araşdırma bəzi əzələ liflərini ətraflı tədqiq edib.

Kembricdəki “Wellcome Sanger” İnstitutu və Çindəki “Sun Yat-sen” Universitetinin birgə tədqiqatı yaşlılarda əzələ sağlamlığını araşdırıb. Əldə olunan nəticələr onların həyat keyfiyyətini yaxşılaşdıracağına ümid yaradıb.

Əzələlərin zəifləməsi ayağa qalxmaq və yerimək kimi gündəlik işləri yerinə yetirmək qabiliyyətinə mənfi təsir göstərir. Bəzi insanlarda bu problem yıxılmağa, hərəkətsizliyə və sarkopeniya adlanan vəziyyətə səbəb ola bilər. Tədqiqat zamanı 20-75 yaşarası 17 nəfərin əzələ nümunələri təhlil edilib. Alimlər nəticələri müqayisə edərək, insanlarda qocalmış əzələlərin hərtərəfli xəritəsini tərtib edə biliblər.

Araşdırmanın müəllifi doktor Teiçmən bildirib ki, xüsusən əzələlərin kök hüceyrələrində, sürətli və yavaş bükülən əzələ liflərində, sinir-əzələ birləşmələrində və yaşlandıqca bu toxumaya getdikcə daha çox təsir göstərən immun hüceyrələrdə əhəmiyyətli dəyişikliklər müşahidə edilib. Eyni zamanda, əzələ kök hüceyrələrində ribosomları idarə edərək zülal istehsalına cavabdeh olan genlərin daha az aktiv olduğu müəyyənləşib.

Şəxsi məşqçi Ceyms Vilkinson daha çox sürətli hərəkətlər etməyin yaşlı insanlar üçün vacib olduğunu söyləyib(azərtac).

Post navigation

Previous: TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
Next: “Ermənistan mediasında mənbəyi olmayan məlumatlar yayılır”

Oxşar xəbərlər

bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Dava
  • Sosial

Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı

User 24 Oktyabr 2026 - 13:02

xƏBƏR

bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Azərbaycanda dəmir yollarının 63 faizi elektrikləşdirilib. Bu göstərici Avropa İttifaqında dəmir yolu şəbəkəsinin orta elektrikləşdirilmə səviyyəsi kimi...
Read more about Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.