Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Alimlərdən sensasion kəşf –

User 28 İyul 2026 - 08:16 (Last updated: 28 İyul 2026 - 08:12)
Yer kürəsi

Yer kürəsi

Beynəlxalq tədqiqat qrupu Yer planetinin erkən dövrlərinə aid mühüm geoloji kəşfə imza atıb. Eric VandenBurg rəhbərlik etdiyi alimlər qrupu Qərbi Avstraliyadakı Pilbara kratonunda yerləşən 3 milyard ildən çox yaşı olan süxurları araşdıraraq müəyyən edib ki, Yerin dərin qatlarına suyun daxil olması prosesi indiyədək düşünüldüyündən xeyli əvvəl başlayıb.

Azpost.info bildirir ki, araşdırmanın nəticələri Nature Communications jurnalında dərc olunub.

Tədqiqat zamanı müəyyən edilib ki, təxminən 3,1 milyard il əvvəl okean suları Yerin dərin qatlarına nüfuz edib və burada maqmanın yaranmasına səbəb olub. Məhz həmin maqmadan bu gün Sakit okeanın “Odlar halqası”nda müşahidə olunan vulkanlara bənzər vulkanlar formalaşıb.

Müasir dövrdə bu proses plitə tektonikası vasitəsilə baş verir. Okean dibində bir tektonik plitə digərinin altına daxil olur, su mantiyaya daşınır və nəticədə vulkanlar yaranır. Lakin alimlər hesab edirlər ki, Yerin erkən dövründə plitə tektonikası hələ formalaşmadığından bu proses fərqli mexanizmlə həyata keçirilib.

Tədqiqat müəllifləri bu mexanizmi “damcıvari subduksiya” adlandırırlar. Onların fikrincə, su ilə zəngin və nisbətən soyuq xarici qabığın ağır hissələri vaxtaşırı aşağı çökərək isti mantiyaya daxil olub və suyu da özü ilə birlikdə Yerin dərinliklərinə aparıb.

Mantiyaya çatan su burada maqmanın yaranmasına şərait yaradıb. Daha sonra bu maqma vulkan püskürmələrini qidalandırıb və soyuduqdan sonra bu gün alimlərin öyrəndiyi qədim süxurlara çevrilib.

Tədqiqat rəhbəri Erik VandenBurq bildirib ki, erkən Yer müasir planetdən xeyli fərqlənsə də, bu nəticələr göstərir ki, onun əsas geoloji prosesləri artıq milyardlarla il əvvəl fəaliyyət göstərirdi.

Alimlərin fikrincə, bu kəşf geologiyanın ən mühüm suallarından birinə cavab verməyə kömək edir: Yer səthi ilə onun dərin qatları arasında maddələr mübadiləsi nə vaxt başlayıb?

Pilbara bölgəsində qorunub saxlanılmış nadir qədim süxurlar sayəsində geoloqlar 3,1 milyard il əvvəl baş vermiş hadisələri kimyəvi izlər əsasında yenidən bərpa edə biliblər.

Araşdırma göstərir ki, Yerin səthi ilə dərin qatları arasında əlaqə indiyədək hesab ediləndən daha erkən yaranıb. Bu isə gənc Yer planetinin çox dinamik olduğunu və həyat üçün vacib elementlərdən biri olan suyun dövriyyəsinin milyardlarla il əvvəl başladığını göstərir.

N.Talıbov

AzPost.az

Post navigation

Previous: “KTMT qoşunu Qarabağa müdaxilə edə bilməzdi” –
Next: Süni intellekt bəşəriyyəti bolluğa aparacaq, yoxsa işsizliyə?

Oxşar xəbərlər

beyin
  • Maraqlı

Beynin gizli mexanizmi araşdırıldı – Görünməyən təsvir də beyində qalır

User 26 Oktyabr 2026 - 12:34
olum dirim
  • Maraqlı

Alimlərdən təəccüblü araşdırma – İnsan zorakılıqla ölərsə, “yenidən doğuluş” daha tez baş verir?

User 26 Oktyabr 2026 - 10:17
uno foto
  • Maraqlı

ABŞ naməlum uçan obyektin görüntülərini yayımladı – sürəti 2900 km/saat olub?

User 26 Oktyabr 2026 - 10:04

xƏBƏR

leyla baqca01
  • Sosial

Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub

User 26 Oktyabr 2026 - 22:44
Oktyabrın 26-da Şamaxı rayonunun Göylər kəndində yeni inşa olunan körpələr evi-uşaq bağçasının açılışı olub. Açılış mərasimində Heydər...
Read more about Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub
Ətdən imtina sağlam qocalmağa kömək edə bilər kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27
AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.