Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Alkoqol beyində ölümcül qanaxma riskini artırır

Orkhan Ali 11 Noyabr 2025 - 14:22 (Last updated: 11 Noyabr 2025 - 11:41)
qazli icki

Görünən odur ki, gündəlik bir-iki içki zərərsiz görünə bilər, amma elmi araşdırmalar bunun əksini sübut edir. AzPost xəbər verir ki, “Neurology” jurnalında dərc olunan yeni tədqiqat müntəzəm alkoqol qəbulunun beyində ağır qanaxmalara və uzunmüddətli beyin zədələrinə səbəb ola biləcəyini ortaya qoyub.

Araşdırmaya görə, gündə üç və daha çox alkoqollu içki qəbul edən insanlarda beyin qanaxması – yəni damar partlaması nəticəsində beyinə qan sızması – daha tez və daha ağır şəkildə baş verir. Bu cür insultlar ümumi beyin insultlarının təxminən 15-20 faizini təşkil edir və adətən ölüm və ya ömürlük əlilliklə nəticələnir.

ABŞ Ürək Assosiasiyasının beyin sağlamlığı üzrə aparıcı eksperti, professor Mitçell Elkaynd bildirib ki, qanaxma ilə müşayiət olunan insultlar, laxtalanma nəticəsində yaranan insultlardan daha təhlükəlidir. “Bu vəziyyət beynin oksigen və qidalanmadan məhrum qalmasına gətirib çıxarır və hüceyrələrin ölümünə səbəb olur,” – deyə o qeyd edib.

ABŞ-da təxminən 17 faiz böyüklər alkoqoldan sui-istifadə edir, 6 faiz isə alkoqol asılılığı ilə yaşayır. Təkcə 2024-cü ildə 12 yaşdan yuxarı 29 milyondan çox amerikalı alkoqol pozğunluğundan əziyyət çəkib.

Tədqiqatın əsas müəllifi, Massaçusets xəstəxanasının nevroloqu doktor Edip Qürol bildirib ki, gündə orta hesabla üç stəkan alkoqol qəbul edən insanlarda beyin qanaxması halları digərlərinə nisbətən orta hesabla 11 il daha tez müşahidə olunub. Onun sözlərinə görə, alkoqol qəbulunun azaldılması beyin toxumalarının qorunmasında mühüm rol oynaya bilər.

Ekspertlər həmçinin vurğulayırlar ki, yüksək qan təzyiqi, piylənmə və şəkərli diabet beyin qanaxması riskini daha da artırır. ABŞ-da hazırda 120 milyona yaxın insan yüksək təzyiqdən əziyyət çəkir.

Elkaynd xəbərdarlıq edib ki, alkoqol və narkotik kimi stimullaşdırıcı maddələr təzyiqi kəskin yüksəldir və bu da gənc insanlar arasında insult hallarının artmasına səbəb olur. O, həmçinin qeyd edib ki, belə halların qarşısını almaq üçün ən təsirli üsul sağlam həyat tərzidir: müntəzəm hərəkət, düzgün qidalanma və təzyiqin nəzarətdə saxlanılması.

Mütəxəssislər məsləhət görür ki, alkoqol qəbulunu minimuma endirmək və ya tamamilə dayandırmaq beynin sağlam qalmasına, eyni zamanda ürək-damar sisteminin qorunmasına yardım edir. Araşdırma nəticələri bir daha sübut edir ki, alkoqoldan “mülayim” istifadə belə uzunmüddətli perspektivdə beyinə zərər verə bilər.

AzPost.az

Post navigation

Previous: “Ukrayna münaqişəsi artıq dünya müharibəsi təhlükəsi daşımır”
Next: Sabiq prezidentin qızı “terrorçuluğa təşviq”də ittiham olunur

Oxşar xəbərlər

edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44
qeza astara
  • Sosial

Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı

User 11 Noyabr 2026 - 14:35

xƏBƏR

ktmt
  • Dünya

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

User 11 Noyabr 2026 - 19:20
Ermənistan KTMT-nin bütün orqanlarında səsvermə hüququndan məhrum edilib. Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun...
Read more about Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ qmi
  • Din

Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ

User 11 Noyabr 2026 - 19:09
İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb ilham turk sefer
  • Siyasət

İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

User 11 Noyabr 2026 - 18:30
Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi erdoqan pasinyan
  • Dünya

Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi

User 11 Noyabr 2026 - 18:00
Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib ilham anta01
  • Siyasət

Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib

User 11 Noyabr 2026 - 17:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.