“Allahşükür Paşazadəyə qarşı gözdənsalma kampaniyası təsadüfi deyil” –Tanınmışlar QMİ sədrinə dəstək verdilər

Azərbaycanda tolerantlıq siyasətinin bərqərar olmasında prezident İlham Əliyevin apardığı siyasət dünyann bütün aparıcı ölkələri tərəfindən dəstəklənir. Bu sabitlik ölkədə bütün qüvvələrin yürüdülən bu siyasətə dəstək verməsi və bu istiqamətdə çalışması sayəsində məqsədinə çatır.

Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsinin və onun sədri Şeyxulislam Allahşükür Paşazadənin fəaliyyəti cəmiyyətdə harmoniyaya və müxtəlif dinlər arasında əməkdaşlığa yönəlib. Amma son günlər A.Paşazadəyə qarşı sosial şəbəkədə və “youtube” platfomasında aparılan çirkin böhtan kampaniyası ictimai etiraz doğurub.

Tanınmış şəxslər belə hucumları ölkədə sabitiliyi pozmağa çalışan xarici qüvvələrin əli ilə aparıldığı qənaətindədir.

Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı hesab edir ki, zaman –zaman Azərbaycanın tanınmış şəxsiyyətlərinə qarşı belə hucum dalğasının şahidi oluruq. Onun sözlərinə görə, bu baxımdan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə qarşı bu iftirlar da təsadüfi deyil: “Bu gözdənsalma kampaniyası elə belə təsadüfi deyil. Hörmətli Şeyximizə qarşı bu məsələ də sanki hardansa idarə olunur”.

S.Rüstəmxanlının sözlərinə görə, ləyaqətsiz adamlar Şeyxulislamı dünyanın  dini icmaları arasında nufuzuna kölgə salmaq üçün onun haqqında belə iftiralar yayırlar.

“Şeyxulislam Allahşükür Paşazadə dünya dini xadimləri arasında böyük nufuzu olan, xüsüsən islam aləmində məzhəb ayrı -seçkilyini aradan qaldırmağa çalışan, islamın bütövlüyünün güzgü olmasına çalışan, islam aləmində nufuzu olan şəxsiyyətdir. Mən Milli Məclisdə islam ölkələrinin Parlament Assambleyasının üzvü olmuşam. Orada Şeyxə necə böyük hörmət göstərildiyinin şahidi olmuşam”.

Deputatın sözlərinə görə, QMİ sədri ölkənin, xalqın çətin günlərində onunla bir sırada olan ictimai xadim olub. S.Rüstəmxanlı vurğulayıb ki, ağsaqqal statusunda olan A.Paşazadə dövlətimizin mənafeyini hər şeydən uca tutan şəxsdir: “Bu baxımdan Şeyxulislam  çox müdrik, ölkənin taleyini düşünən, ayrıseçkiliyə qarşı olan, öz nufuzundan istifadə edərək dövlət haqqında xoş münasibətlər yaratmağa çalışan insandır. Ona belə ləkələr yapışmaz. Şeyxin qədrini bilmək lazımdır.  Belə adamlar din aləmində az-az olur”.

“Ayna-Zerkalo” qəzetinin Baş redaktoru Elçin Şıxlı QMİ sədrinə qarşı yağdırılan təhqirlərin əleyihinə olduğunu deyib: “Şeyxulislama qarşı belə kampaniyanı pisləyirəm. Fikrimcə, hər hansı ictimai xadimin fəaliyyətini tənqid etmək olar. Amma təhqirə qətiyyən yol vermək olmaz”.

Onun sözlərinə görə, A.Paşazadə uzun illərdir QMİ-yə rəhbərlik edir. E.Şıxlı hazırda ölkədə virusla bağlı yaranmış belə gərgin vəziyyətdə insanların bir-birinə qarşı anlayışla yanaşmasının tərəfdarı olduğunu bildirib.

Sosial şəbəkə vasitəilə tanınmış adamlara qarşı aparılan qaralama prosesinin iştirakçılarını “klaviatura qəhrəmanları” adlandıran E.Şıxlı qeyd edib ki, sosial şəbəkə hər kəsin tərbiyəsini ortaya qoyur: “Adamın üzünə söz deyə bilmyənlər sosial şəbəkədə arxasınca yazırlar. Onlar klaviatura qəhrəmanlarıdır. Yalan yazanlar, kiminsə arxasında gizlənib bu yola əl atırlar. Tənqid normaldır, amma təhqirə keçirsənsə bu yol verilməzdir. Kim olursa olsun”.

Xalq şairi Vahid Əziz QMİ sədrinə qarşı aparılan bu kampaniyanı pislədiyini deyib.  O bildirib ki, belə hucumlar məqsədyönlü edilir. Onun sözlərinə görə, Azərbaycanın nufuzlu və ağıllı adamlarına qarşı hələ 90-cı illərin əvvələrindən –mitinqlər zamanından belə böhtanların şahidi olublar: “Şeyxulislam dövlətçi adamdır. Şeyxə qarşı aparılan belə kampaniyanı qətiyyətlə pisləyirəm. Onu müdafiə edirəm”.

V.Əzizin sözlərinə görə, din çox böyük qüvvədir. Tarix boyu şərqdə hakimiyyəti ancaq dinin əli ilə dəyişmək mümkün olurdu: “Şeyxulislam ölkədə dini sabitliyin qorunması üçün bütün səylərini göstərir. Azərbaycanda tolerantlıq siyasətinin yürüdülməsində böyük iş aparır. Bu hucumlar məqsədyönlüdür. Çoxdandır onun üstünə düşüblər.  Vəzifəsindən yıxmaq istəyilər?! Amma onu bütün Qafqaz müsəlmanları seçib.  Görünür belə kampaniyalar kimlərinsə marağındadır. Bu əxlaqsız yalanlara qarşı çıxmaq lazımdır. Mən Şeyxulislamın fəaliyyətini  müsbət dəyərləndirirəm. Ona böyük hörmətim var.”

Xalq şairinin sözlərinə görə, A.Paşazadə təkcə Azərbaycanın dini rəhbəri deyil: “ Şeyxi təkcə biz seçməmişik. O, bütün Qafqazın şeyxidir. Görün, Qafqazda nə qədər müsəlman var? Onlar da seçiblər”.

V.Əziz sosial şəbəkələrdə, ictimai rəydə din xadimlərinə qarşı mənfi münasibətin göstərilməsi ilə razı deyil: “Heç eşitmisiniz ki, katoliklər Roma Papasını ələ salsınlar? Ruslar patriarxını, gürcü, erməni öz keşişini ələ salsın? Yeganə millətik ki, öz dini rəhbərlərimizə şəbədə qoşuruq. Bu, görünür kimlərinsə marağındadır”.

Xalq şairinin fikrincə, insanın gördüyü işlər onun tərbiyəsi ilə bağlıdır. (moderator.az)

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Elmar Vəliyevi güllələmiş Yunis Səfərovun məhkəməsi başlayıb

Sonrakı məqalə

Bakıda sürücü 16 bıçaq zərbəsi ilə öldürülüb