“Almaniya Gürcüstanla münasibətlərinə yenidən baxır”.
Azpost.info xəbər verir ki, bunu Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer bildirib.
“Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi dayandırılıb. Bu, Aİ-nin siyasətidir və çox üzücüdür. Almaniya da Gürcüstanla münasibətlərə yenidən baxır. Bildiyiniz kimi, bizim çox geniş və dərin əlaqələrimiz var. ABŞ-la yanaşı, Almaniya da Gürcüstanla inkişaf əməkdaşlığının ən böyük donorlarından biridir. Biz Gürcüstan qarşısında yeni öhdəliklər götürməmək qərarına gəldik. Ona görə də hazırda Almaniyanın Gürcüstan qarşısında yeni maliyyə öhdəliyi yoxdur”, – Fişer bildirib.
Azpost.info