Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Almaniya Müdafiə Nazirliyi Rusiyanın telefon danışığını dinlədiyini təsdiqləyib

User 04 Mart 2024 - 16:44 (Last updated: 21 May 2025 - 20:15)
tauras raketi

Almaniya martın 3-də Rusiyanı məxfi söhbəti sızdırmaqla parçalanma yaratmaq cəhdində ittiham edib. Sızdırılan söhbətdə Almaniya ordusunun yüksək rütbəli zabitləri Ukraynanın Almaniya istehsalı “Taurus” raketlərindən mümkün istifadəsini müzakirə ediblər.

Səs yazısını ilk dəfə dövlət nəzarətində olan RT media qrupunun baş redaktoru Marqarita Simonyan yayıb. O, 38 dəqiqəlik konfrans zənginin səs yazısını necə əldə etdiyini açıqlamayıb.

Ukrayna Almaniyadan “Taurus” raketləri istəyir. Bu raketlərlə 500 km-lik məsafəni hədəfə almaq olar.

Almaniyanın Müdafiə Nazirliyi martın 3-də Hərbi Hava Qüvvələrinə aid söhbətin sızıldığını təsdiqləyib. Nazirliyin sözçüsü deyib ki, sosial mediada yayılan versiyaya hansısa dəyişikliyin olunduğunu indi əminliklə deyə bilməzlər.

Müdafiə naziri Boris Pistorius səs yazısının yayılma vaxtının təsadüfi olmadığını söyləyib.

“Bu səs yazısından sabitsizlik, çaşqınlıq yaratmaq istəyirlər”, – Pistorius martın 3-də Berlində mətbuat konfransında deyib.

“Bu, Putinin apardığı informasiya müharibəsinin tərkib hissəsidir. Bununla bağlı qətiyyən şübhə yoxdur. Dezinformasiya məqsədli hibrid hücumdur. Bölücülük yaratmaq niyyəti güdür. Qətiyyətimizi sarsıtmağı hədəfləyir”, – o vurğulayıb.

Pistorius onu da qeyd edib ki, Almaniya Putinin siyasətinə boyun əyməyəcək, reaksiya “soyuqqanlı, amma qətiyyətli” olmalıdır.

Nazir qərar vermək üçün hərbi təhqiqatın nəticəsini gözləyəcəyini bildirib.

Səs yazısında Almaniya ordusunun “Taurus” qanadlı raketlərinin Ukraynaya verilməsi barədə qərar olarsa, bunu texniki baxımdan necə edəcəyi detallı müzakirə olunur.

Kansler Olaf Şolts raketləri göndərməkdən imtina edir, bunun konflikti genişləndirəcəyindən, Almaniyanı müharibəyə daha çox cəlb edəcəyindən, Rusiyanın nüvə silahına əl ata biləcəyindən ehtiyatlanır.

Söhbətdə “Taurus” raketlərinin Rusiyanı 2014-cü ildə tutduğu Krım yarımadası ilə bağlayan körpünü texniki baxımdan necə dağıdacağı müzakirə edilir.

Azpost.info

Post navigation

Previous: Çinə ABŞ-ın strateji ehtiyatlarından neft almaq qadağan ediləcək
Next: Xaqani bağının ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Oxşar xəbərlər

kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48

xƏBƏR

kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryanın həbs müddəti daha 2 ay uzadılıb. Bu barədə vəkil...
Read more about Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı
2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub budce
  • Baş Yazı

2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

User 23 Oktyabr 2026 - 10:24
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 23 Oktyabr 2026 - 10:06
Borca görə axtarışda olan 88 nəfər saxlanılıb DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.