Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Xaqani bağının ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Orkhan Ali 04 Mart 2024 - 16:47 (Last updated: 21 May 2025 - 20:15)
1709556070639757665_1200x630

Xaqani bağı (Molokan bağı) paytaxt sakinləri və turistlər üçün Bakının ən sıx ziyarət edilən ərazilərindəndir. Parkda istirahət edənlərlə yanaşı, ərazidən sadəcə keçənlərin sayı da minlərlədir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, günün pik saatlarında parkın ətrafında hərəkət edən avtomobil sayının çoxluğu nəticə etibarilə digər küçələrdə də sıxlığa səbəb olur. Avtomobillərin yaratdığı səs-küy isə parkdakı insanların istirahətinə mane olur.

AYNA tərəfindən ərazidə aparılan monitorinqə əsasən, günün pik saatlarında parkın ətrafına saatda 800-dək nəqliyyat vasitəsi daxil olurdu. Nəticədə Akademik Zərifə Əliyeva küçəsi və onunla kəsişən küçələrdə ciddi nəqliyyat sıxlığı müşahidə olunurdu. Əraziyə daxil olan bu avtomobillərin mütləq əksəriyyəti (90%) sadəcə dövrə vurduqdan sonra həmin ərazini tərk edirdilər. Həmçinin, əhali arasında keçirilən sorğuya əsasən, istifadəçilər bağ və küçələrə əsasən piyada və metrodan istifadə edərək gəlirlər. Ərazi “Sahil” metrosunu Fəvvarələr meydanı ilə birləşdirdiyindən burada böyük piyada axını müşahidə edilir – pik vaxtlarda saatda 6 min nəfər bu ərazidən keçir. Belə böyük piyada axını müşahidə edilən ərazidə təhlükəsiz istirahət zonasının yaradılması zəruri idi. Belə ki, Xaqani bağı ətrafındakı ərazinin piyadalaşdırılması ilə bağlı AYNA tərəfindən layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. Şura parkın ətrafındakı Rəsul Rza, Xaqani və Qoqol küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Bununla yanaşı, Xaqani küçəsində parklanma yerləri də təşkil olunub. Yeni layihə ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərazidə abadlıq işlərinin aparılması nəzərdə tutulub”, – deyə AYNA-nın məlumatında bildirilir.

Qeyd edək ki, növbəti mərhələdə həftə sonları yaxınlıqdakı küçələrdə də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və bu ərazilər də piyadaların istifadəsinə veriləcək.

Post navigation

Previous: Almaniya Müdafiə Nazirliyi Rusiyanın telefon danışığını dinlədiyini təsdiqləyib
Next: Prokurorluqdan Gəncə icra hakimiyyətində əməliyyat barədə yayılan xəbərə münasibət

Oxşar xəbərlər

DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41

xƏBƏR

kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryanın həbs müddəti daha 2 ay uzadılıb. Bu barədə vəkil...
Read more about Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı
2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub budce
  • Baş Yazı

2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

User 23 Oktyabr 2026 - 10:24
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 23 Oktyabr 2026 - 10:06
Borca görə axtarışda olan 88 nəfər saxlanılıb DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.