Almaniya prezidenti Ştaynmayer Ukraynaya səfər edəcək- Səfirdən açıqlama

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya səfər edəcək.

Azpost.info xəbər verir ki, bunu Almaniyanın Ukraynadakı səfiri Anka Feldhusen bildirib.

Onun sözlərinə görə, hazırda Almaniya tərəfi səfərin təşkili üzərində işləyir: “Mən üç il federal prezident Ştaynmayerin departamentində işləmişəm, yəni onlarla daimi əlaqə saxlayıram, bu səfər baş tutacaq”.

Feldhusen səfərin tarixini açıqlamayıb, lakin onun çox yaxında baş tutacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, iyulun sonunda Ukrayna prezidenti Vladimir Zelenski Ştaynmayeri yenidən Kiyevə səfərə dəvət edib.

Azpost.info

Əvvəlki məqalə

Ermənistan Futbol Federasiyası və “Pünik” klubundan Azərbaycana qarşı təxribatla bağlı

Sonrakı məqalə

Azərpaşa Nemətov “Şərəf” ordeni ilə təltif edilib