Almaniyanın “MDR” telekanalı efirə verdiyi verilişində sovet əsgərini işğalçı adlandırıb.
Azpost.info bildirir ki, SSRİ və Almaniya Demokratik Respublikasının əlaqələri barədə olan sujetdə deyilib ki, 1980-ci illərin ortalarında Moskva və Berlin bilərəkdən dostluq əlaqələrini formal səviyyədə saxlayıblar.
“Şərqi Almaniya ərazisində olan soevt ordusu ölkəni tərk edənə qədər yerli əhalinin gözündə işğalçı kimi qalmışdı. Rus hərbçilərinin hərəkəti, onların mağazada nə var hamısını alan zabitlərinin arvadları, sahələrdə və yollarda tökülüb qalmış rus texnikası yerli əhalini qıcıqlandırıdı. Sovet hərbi hissələri çıxdıqdan sonra bu dostluq da unuduldu”-deyə süjetdə vurğulanıb.
TV qeyd olunub ki, hazırda şərqi almanlar tarixi yadddaşa görə Rusiya ilə əlaqələrin yaxşılaşdırılmasına tərəfdar çıxırlar.
“Nəsə baş verəndə- müharibə yaxud seçkilərdə şərqi almanlar Almaniyanın qərbində yaşayanlar kimi reaksiya vermirlər, əksinə tam fərqli mövqe nümayiş etdirirlər. Bu onların tarixi yaddaşı ilə bağlıdır”- deyə Almaniaynın Qalle-Vittenberq yeni tarixi İnstitununun əməkdaşı, professor Zilka Satyukov deyib.
Azpost.info