BNA yol nişanlarının quraşdırılmasına 4,8 mln. manat xərcləyəcək

Bakı Nəqliyyat Agentliyi (BNA) yol nişanlarının alınmasına dair keçirilən tenderin qalibini müəyyənləşdirib.

APA-Economics”in “Elektron satınalma” portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, BNA-nın elan etdiyi tenderin qalibi “Yol xətt” MMC seçilib. Bu şirkətlə ümumi dəyəri 4,77 mln. manatdan çox təşkil edən müqavilə imzalanıb.

Müqavilələrə görə, şirkət tərəfindən yol nişan və dirəkləri, sürət məhdudlaşdırıcı süni maneələr, məlumat lövhələri və dirəkləri, tənzimləyici nəqliyyat güzgülərinin təchizatı və quraşdırılması işləri aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xaricdəki ali məktəblərin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv edilir

Sonrakı məqalə

Almaniya telekanalında sovet əsgəri “işğalçı” adlandırılıb –