Almaniya Ukraynaya 500 milyon avroluq silah vermək niyyətindədir

Almaniya Ukraynaya əlavə olaraq 500 milyon avroluq silah vermək niyyətindədir.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, Kanadada səfərədə olan kansler Olaf Şolts Ukraynaya əlavə 3 İRİS-T hava hücumundan müdafiə sistemi, 10 zirehli maşın, 20 raket qurğusu və yüksək dəqiqlikli silahlar veriləcəyini bəyan edib. Silahlar 2023-cü ilədək Kiyevə çatdırılacaq. Lakin ilk növbədə Bundestaq bu silah təchizatına razılıq verməlidir.

Kanslerin fikrincə, bu silahlar Ukrayna ordusunun modernləşməsinə kömək edəcək.

Əvvəlki məqalə

Azərbaycanlı mütəxəssislər Sərsəng su anbarına baxış keçirib

Sonrakı məqalə

Duqinin qızını kim öldürüb? Rusiyada partizanlar varmı? –