Almaniya Ukrayna ordusuna “Leopard” tankları və “Marder” piyada döyüş maşını üçün döyüş sursatı da daxil olmaqla yeni hərbi yardım paketi göndərib.
Azpost.info xəbər verir ki, Berlin Ukraynaya “Skynex” hava hücumundan müdafiə sistemini, TRML-4D radarını və IRIS-T SLM hava hücumundan müdafiə sistemləri üçün sursat təhvil verib.
Ukraynaya həmçinin minalardan təmizləmə üçün iki “Wisent” tankı və “Zetros” yük maşınlarını da göndərilib.
Azpost.info