“Almaniya xarici işlər nazirinə xəritə və tarix dərsliyi lazımdır”- ZAXAROVA

Almaniyanın xarici işlər naziri Annalena Berboka xəritə və tarix dərsliyi lazımdır.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, Almaniya xarici işlər nazirinin Rusiya prezidenti Vladimir Putinin NATO-nu silahlı münaqişəyə cəlb etmək istəməsi ilə bağlı açıqlamalarına belə münasibət bildirib.

“Mən Berbokdan soruşmaq istərdim: NATO ölkələrini mühasirəyə alan Rusiya bazaları deyil. Rusiyanın perimetri boyunca şərqə doğru genişlənən NATO olduğunu bilmirmi? Annalenaya xəritə, tarix kitabı və saqqız alın ki, bu cür cəfəngiyyatlardan az danışsın”, – Zaxarova deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.