Almaniya XİN Macarıstanı NATO ilə bağlı neytral mövqeyinə görə qınayıb

Almaniyanın xarici işlər naziri Annalena Berbok İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı Macarıstanın neytral mövqeyindən narazılıq edib.

Azpost.info xəbər verir ki, Berlin Macarıstana NATO-nun genişlənməsi məsələsində neytral mövqe tutmağın mümkün olmadığını bildirib.

Budapeşti Şimali Atlantika Alyansının genişlənməsi ilə bağlı mövqeyinə görə qınayan nazir vurğulayıb ki, bu halda neytrallıq qəbuledilməzdir.

“Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu məsələdə “boz sahə” yoxdur”, – Berbok İsveçin xarici işlər naziri Tobias Billstremlə birgə mətbuat konfransında deyib.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya böyük təzyiq altındadır”

Sonrakı məqalə

“Oğlum dükanda şirniyyat satır…” –