Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Almaniyada müflis olan şirkətlərin sayı ən yüksək həddə çatır

User 14 Oktyabr 2025 - 12:50 (Last updated: 14 Oktyabr 2025 - 08:31)
alman

Almaniyada iflas edən şirkətlərin sayının artaraq son on ilin ən yüksək göstəricisinə çatacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) ilkin məlumatına görə, sentyabrda təqdim olunan iflas ərizələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artıb. İyulda isə 2197 şirkət haqqında iflas işi açılıb ki, bu da ötən ilə nisbətən 13,4 faiz çoxdur. İyulda iflası qeydə alınan şirkətlərə kreditorların tələblərinin ümumi məbləği 3,7 milyard avro təşkil edib. Ötən ilin iyulunda bu göstərici 3,2 milyard avro olub.

Bu ilin iyulunda Almaniyada 10 min şirkətə orta hesabla 6,3 iflas halı düşüb. İflas hallarına ən çox daşıma və anbar sektorlarında rast gəlinib. Bu sektorlarda hər 10 min şirkətə 12,7 iflas halı qeydə alınıb. Sonrakı yerlərdə iaşə və müxtəlif iqtisadi xidmətlərin göstərilməsi (hər ikisi üzrə 10 min şirkətə 9,9 müflisləşmə) qərarlaşıb.

Qeyd edək ki, pandemiya dövründəki dövlət dəstəyinin bitməsi, zəif ixrac göstəriciləri və sənaye istehsalındakı azalma iflas vəziyyətini daha da ağırlaşdırır. İflas hallarının əsas səbəbləri arasında maliyyə axınının zəifləməsi, çevik biznes modellərinin olmaması və strateji qərar səhvləri də qeyd olunur.

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: Britaniyada xərçəngin müayinəsi üçün üçün yeni test üsulu hazırlanıb

Oxşar xəbərlər

bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04
pul
  • İqtisadiyyat

Gələn il əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə adambaşına müavinət xərci 1262,07 manata çatacaq

User 05 Noyabr 2026 - 15:15
pul
  • İqtisadiyyat

Bu il qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları proqnozu 300 mln. manata yaxın üstələyib

User 05 Noyabr 2026 - 15:12

xƏBƏR

Yuxusuzluq
  • Maraqlı

İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb

User 05 Noyabr 2026 - 23:00
Gün ərzində iş, ailə və gündəlik qayğılarla məşğul olan insan axşam yatağa uzananda qəfil narahatlıq hiss edə,...
Read more about İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb
Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik memur33
  • Sosial

Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik

User 05 Noyabr 2026 - 22:35
Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı DEMIRYOLU
  • Dünya

Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı

User 05 Noyabr 2026 - 22:11
Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi melani rus ukr
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi

User 05 Noyabr 2026 - 21:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.