Almaniyada güclü yağışların səbəb olduğu sel nəticəsində ölənlərin sayı artıb.
AFP verdiyi xəbərə görə, Almaniyanın qərbində sel nəticəsində həyatını itirənlərin sayı 42 nəfərə çatıb.
Ölümlərin çoxu Reynland-Pfalts və Şimali Reyn-Vestfaliya federal torpaqlarında qeydə alınıb.
Yerli polisdən bildirilib ki, 70-ə yaxın insan hələ də itkindir.