Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Almaniyada Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibəti ilə konsert olub

User 15 Noyabr 2025 - 21:46 (Last updated: 15 Noyabr 2025 - 21:46)
IMG_1570

Azərbaycanın Almaniyadakı səfirliyi Vətən müharibəsində şanlı Zəfərin 5-ci ildönümü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Sülh və birgəyaşayış” adlı təntənəli konsert təşkil edib. 

Gecədə 400-dək qonaq, o cümlədən Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, hərbi attaşeləri, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak edib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Sonra 8 Noyabr – Zəfər Gününə və Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan filmlər nümayiş etdirilib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, tədbirdə Azərbaycan tarixinin və mədəniyyətinin iki mühüm hadisəsinin qeyd olunduğunu vurğulayıb.

Çıxışında Üzeyir Hacıbəylinin 140 illik yubileyinin Azərbaycanda və ölkəmizdən kənarda silsilə tədbirlərlə qeyd olunduğunu vurğulayan səfir bildirib ki, Üzeyir Hacıbəyli bütün müsəlman dünyasında ilk operanın yaradıcısıdır. Diplomat Üzeyir Hacıbəylinin doğma şəhəri Şuşanın öz azadlığına qovuşmasının bu gün dərin rəmzi məna daşıdığını qeyd edib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə isə çıxışında Zəfər Gününün Azərbaycan xalqının tarixində suverenliyin və ərazi bütövlüyünün bərpası günü, eləcə də milli birliyin rəmzi kimi xüsusi yer tutduğunu vurğulayıb.

Çıxışlardan sonra rəngarəng konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru , Respublikanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyevin rəhbərliyi ilə Berlin Filarmonik Kamera Orkestri çıxış edib. Tanınmış opera müğənniləri, əməkdar artistlər Ramil Qasımov və İnarə Babayeva, Respublika müsabiqələr laureatı , istedadlı tarzən Səxavət Məmmədovun ifasında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Arif Məlikov, Müslüm Maqomayev, Ramiz Quliyev və klassik Avropa bəstəkarlarının əsərlərini təqdim ediblər.  Konsertin sonunda səslənən  Müslüm Maqomayevin “Azərbaycan” mahnısının ifası ayaq üstü və hərarətli alqışlar ilə qarşılanıb.

 

 

 

AzPost.az

Post navigation

Previous: Fransa Azərbaycan səfirliyinin raket zərbəsinə məruz qalmasını pisləyib
Next: “Rusiya Kiyevdəki səfirliyimizə qəsdən hucum edir” –

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

leyla baqca01
  • Sosial

Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub

User 26 Oktyabr 2026 - 22:44
Oktyabrın 26-da Şamaxı rayonunun Göylər kəndində yeni inşa olunan körpələr evi-uşaq bağçasının açılışı olub. Açılış mərasimində Heydər...
Read more about Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub
Ətdən imtina sağlam qocalmağa kömək edə bilər kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27
AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.