Almaniyada yaşayan 32 azərbaycanlı mühacir Azərbaycana qaytarılıb –Miqrasiya Xidməti açıqlama yaydı

31.03.2021-ci il tarixdə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində 32 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.

Dövlət Miqrasiya Xİdmətindən verilən məlumata görə, readmissiya olunan vətəndaşlar Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən ailə üzvlərinin iştirakı ilə qarşılanıblar. Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

31 nəfər Azərbaycan vətəndaşı ailələrinin müşayiəti ilə yaşayış yerlərinə yola salınıblar. Readmissiya olunan şəxslərdən biri qalmağa yeri olmadığından, yaşayış yeri ilə təmin olunmaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Şəxsin müraciəti müsbət həllini tapıb. O, Xidmətin Bakı şəhərindəki müvafiq saxlama mərkəzində müvəqqəti yerləşdirilib. Bu gün isə həmin şəxs yaxın qohumları tərəfindən yaşayış yeri ilə təmin olunub.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər görür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zəngilanın Üdgün kəndi –

Sonrakı məqalə

Azərbaycana daha 500 min doza “Coronavac” vaksini gətirilib