Azərbaycana daha 500 min doza “Coronavac” vaksini gətirilib

“10 gün əvvəl Çinlə Azərbaycan arasında bağlanan 5 milyon doza ilə bağlı müqaviləyə əsasən Azərbaycana bu gün peyvənd gətirilib”.

Bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. O bildirib ki, bu gün 500 min doza “Coronavac” vaksini gətirilib.

V. QAsımov qeyd edib ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına müraciəti əsasında qısa müddətdə müqavilə imzalanıb: “Muqavilə əsasında ilk peyvənd partiyası bu gün Azərbaycana gətirildi. Peyvənd işlərini nə qədər sürətlə  aparsaq, ölkədə epidemioloji vəziyyət o qədər stabilləsəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Almaniyada yaşayan 32 azərbaycanlı mühacir Azərbaycana qaytarılıb –

Sonrakı məqalə

Hökumətdən narazı olan 84 yaşlı “Qazan xan” –