Alqış Həsənoğlu yenidən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru təyin olunub

10 Sentyabr 2021 - 17:15

Alqış Musayev (Həsənoğlu) yenidən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru təyin olunub.

Bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Bundan əvvəl “Yeni Azərbaycan” qəzetinin baş redaktoru deputat Hikmət Babaoğlu idi.

Qeyd edək ki, A. Həsənoğlu əvvəllər də uzun müddət qəzetin baş redaktoru olub.