“Altı ayda aktiv vergi ödəyicilərinin sayı artıb”-

Mikayıl Cabbarov
05 Avqust 2021 - 11:16

2021-ci ilin ilk altı ayında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,9% artaraq 640 401, ƏDV ödəyicilərinin sayı 8,9% artaraq 31 738, qeydiyyatdan keçmiş obyektlərin sayı isə 5,8% artaraq 176 794 təşkil edib.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, Azərbaycanda hazırda iqtisadi aktivliyin bərpası sahibkarlıq subyektlərinin artımı ilə müşayiət olunur.