Milli Məclisin sədri İrana səfərə gedib

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Tehranın Mehrabad Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini İslam Şurası Məclisinin sədr müavini Mütəfəkkir Azad, Azərbaycanın bu ölkədəki səfiri Bünyad Hüseynov qarşılayıblar.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində Milli Məclisin sədrinin İranın bir sıra rəsmi şəxslərilə görüşləri də nəzərdə tutulub.

**

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edib.

Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Twitter”də bildirib.

“Milli Məclisin sədri, Baş nazirin müavini və xarici işlər nazirinin müavinlərindən ibarət yüksək səviyyəli nümayəndə heyəti İran Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana yola düşdü. Qonşuların dostluq və qardaşlıq münasibətləri daimidir”, – deyə iranlı diplomat bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis müavini təyin edilib –

Sonrakı məqalə

“Altı ayda aktiv vergi ödəyicilərinin sayı artıb”-