Azərbaycanda 2024-cü ilin I yarımilliyi ərzində respublika ərazisində 36 partlayış hadisəsi baş verib.
Bu barədə FHN-dən bildirilib.
Bu, 2023-ci ilin I yarımilliyi ilə müqayisədə 11 hadisə və ya 44% çoxdur. Partlayışlar zamanı 22 nəfər həlak olub, 65 nəfər xəsarət alıb.
2024-cü ilin I yarımilliyi ərzində respublika ərazisində 7050 təbii və texnogen mənşəli hadisə baş verib.
Məlumata görə, bu, 2023-cü ilin I yarımilliyi ilə müqayisədə 26 hadisə və ya 1% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 55 nəfər həlak olmuş, 212 nəfər xəsarət almışdır.
Nazirliyin xilasediciləri tərəfindən 100 nəfər xilas edilib, 565 nəfər təxliyə olunub.