Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Az yatmaq hansı xəstəliklərə səbəb olur? – Həkimdən ciddi xəbərdarlıq

User 29 Oktyabr 2026 - 19:18 (Last updated: 29 Oktyabr 2026 - 19:18)
Yuxu

Yuxu

Gecə altı saatdan az yatmaq sağlamlıq üçün təhlükəli ola bilər. Yetkin insanın normal yuxu müddəti isə 7–9 saat hesab olunur. Bu barədə nevroloq və somnoloq Anna Suşa “Lenta.ru”ya danışıb.

Həkimin sözlərinə görə, xroniki yuxusuzluq orqanizmdə bir sıra pozuntulara səbəb olur və əsas sistemlərin fəaliyyətinə mənfi təsir göstərir. İlk növbədə ürək-damar sistemi risk altına düşür.

Normal halda gecə yuxusu zamanı arterial təzyiq aşağı düşür. Yuxu çatışmazlığı isə bu mexanizmi poza bilər. Anna Suşa bildirib ki, az yatan insanlarda hipertoniya, infarkt və insult riski təxminən 50 faiz arta bilər.

Az yatmaq kökəlməyə və diabetə də yol açır

Yuxu çatışmazlığı hormonal tarazlığı da pozur. Belə olduqda aclıq hormonu artır, toxluq hissi yaradan hormonun səviyyəsi isə azalır. Nəticədə insanın sürətli karbohidratlara, xüsusilə şirin və yüksək kalorili qidalara meyli güclənir.

Bu proses artıq çəkiyə və toxumaların insulinə həssaslığının azalmasına səbəb ola bilər. Həkim gecə yemək vərdişinin və karbohidratlarla zəngin qidaların həddindən artıq qəbulunun ikinci tip diabet riskini artırdığını qeyd edib.

Yuxu beyni toksinlərdən təmizləyir

Mütəxəssisin sözlərinə görə, dərin yuxu zamanı beynin qlimfatik sistemi aktivləşir. Bu sistem neyrotoksinlərin və beta-amiloidlərin beyindən xaric olunmasına kömək edir.

Beta-amiloid zülallarının beyində toplanması Alzheimer xəstəliyi riskinin artması ilə əlaqələndirilir. Uzunmüddətli yuxu çatışmazlığı isə sinir sisteminin tükənməsinə, depressiya və təşviş pozuntularına zəmin yarada bilər.

Az yatmaq immun sisteminə də təsir edir. Həkim bunu immun reaksiyalarda iştirak edən sitokinlərin kifayət qədər sintez olunmaması ilə əlaqələndirib.

Yorğunluğu qəhvə ilə gizlətməyin

Anna Suşa yorğunluğu davamlı olaraq kofeinlə aradan qaldırmağa çalışmaqdansa, düzgün yuxu rejimi qurmağı tövsiyə edib.

Bunun üçün hər gün eyni saatda yatıb oyanmaq, yatmazdan əvvəl sakit mühit yaratmaq və yuxu müddətini azaltmamaq vacibdir. Yetkin insanlar üçün ümumi tövsiyə gecə 7–9 saat yatmaqdır.

Qeyd edək ki, yuxu ehtiyacı insandan-insana dəyişə bilər. Davamlı yorğunluq və yuxu problemləri yaşanırsa, bunun səbəbini müəyyənləşdirmək üçün həkimə müraciət etmək məqsədəuyğundur.

Sunay

AzPost.az

Post navigation

Previous: Xalq artisti Zaur Rzayev vəfat edib
Next: Avropada qaz böhranı dərinləşir – Qiymət 100 avroya çatdı, Asiya ilə rəqabət güclənir

Oxşar xəbərlər

usaq gezmek
  • Maraqlı

Uşaqlar gündə neçə saat gəzməlidir? – Nevroloq yaşa görə normanı açıqladı

User 29 Oktyabr 2026 - 18:40
nuh aqridaq01
  • Maraqlı

Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı

User 29 Oktyabr 2026 - 14:25
yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24

xƏBƏR

vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
İran ABŞ-ın vitse-prezidenti Cey Di Vensin ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə göndərdiyi məktuba hələ...
Read more about İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur
Rusiya ABŞ və İran arasında vasitəçi olmaq istəyir – Uranı qəbul etməyə hazırdır peskov
  • Dünya

Rusiya ABŞ və İran arasında vasitəçi olmaq istəyir – Uranı qəbul etməyə hazırdır

User 29 Oktyabr 2026 - 19:38
Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
Avropada qaz böhranı dərinləşir – Qiymət 100 avroya çatdı, Asiya ilə rəqabət güclənir qaz tebii
  • İqtisadiyyat

Avropada qaz böhranı dərinləşir – Qiymət 100 avroya çatdı, Asiya ilə rəqabət güclənir

User 29 Oktyabr 2026 - 19:27
Az yatmaq hansı xəstəliklərə səbəb olur? – Həkimdən ciddi xəbərdarlıq Yuxu
  • Maraqlı

Az yatmaq hansı xəstəliklərə səbəb olur? – Həkimdən ciddi xəbərdarlıq

User 29 Oktyabr 2026 - 19:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.