“Yaxşı olardı ki, Rusiya hər hansı yeni platforma haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsin”.
Bunu Gürcüstanda səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Austin gürcü həmkarı Cuanşer Burçuladze ilə birgə mətbuat konfransında çıxışı zamanı “altılıq platforması”nın yaradılmasına münasibət bildirərkən deyib.
Nazir qeyd edib ki, hər şeydən öncə Cənubi Qafqaz ölkələri regional əməkdaşlığı gücləndirməlidir.