Alyaskada itkin düşmüş təyyarə tapılıb, 3 nəfər ölüb

Alyaskada itkin düşmüş təyyarə
Alyaskada itkin düşmüş təyyarə

Alyaskada itkin düşmüş təyyarə tapılıb, 3 nəfər ölüb.

Göyərtəsində 10 nəfərin olduğu Alyaskada yoxa çıxan təyyarə tapılıb.

AzPost bildirir ki, təyyarə ABŞ Sahil Mühafizəsi tərəfindən aşkar edilib. “Bering Air”ə məxsus “Cessna” təyyarəsində uçan doqquz sərnişin və bir pilotdan üç nəfərin öldüyü bildirilir.

Təyyarə Nom şəhərindən 34 mil cənub-şərqdə tapılıb.

Təyyarə fevralın 6-da günorta saatlarında Unalaklit şəhərindən Nom şəhəri istiqamətdə uçuş həyata keçirən zaman yoxa çıxıb. İlkin məlumata əsasən, təyyarə hündürlüyün və sürətin itirilməsinə səbəb olacaq naməlum qəza yaşayıb.

Xatırladaq ki, sünən Alyaskada göyərtəsində sərnişinlərin olduğu təyyarə itib. AzPost ABŞ mətbuatına istinadla xəbər verir ki, Alyaskada göyərtəsində 9 sərnişin və bir pilotun olduğu təyyarə yoxa çıxıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Cessna Caravan Unalakleet-Nome reysi ilə uçan və Bering Air şirkətinə məxsus təyyarə radarlardan itib.

“İtkin düşən təyyarənin göyərtəsində 10 nəfər olub”, – deyə Nome Könüllü Yanğından Mühafizə İdarəsi bildirib.

Xilasedicilər təyyarənin axtarışlarını aktiv şəkildə həyata keçiririblər. Hava şəraitinə görə havadan axtarış imkanları məhduddur.

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.