Baydenin məxfi məlumatlara girişi qadağan olunub

Baydenin
Baydenin

ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin məxfi məlumatlara çıxışını məhdudlaşdırıb.

AzPost bildirir ki, bu barədə o, “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.

“Co Baydenin məxfi məlumatlara çıxış əldə etməyə davam etməsinə ehtiyac yoxdur. Buna görə də biz dərhal onun təhlükəsizlik icazəsini ləğv edirik və onun gündəlik kəşfiyyat brifinqlərini dayandırırıq”, – Tramp bildirib.

Ağ Evdəki səlahiyyət müddəti başa çatan ABŞ-nin keçmiş Prezidenti Co Bayden həyatına gözlənilməz bir başlanğıc etməyə hazırlaşır. Eks prezidentin bir istedad agentliyi ilə razılığa gəldiyi məlum olub.

Belə ki, “Creative Artists Agency” (CAA) istedadlar agentliyinin prezidenti Riçard Lovett Bayden ilə müqavilə imzaladıqlarını açıqlayıb. Lovett, 82 yaşlı Baydeni heyətində qarşılamaqdan şərəf duyduqlarını bildirib.

Qeyd edək ki, Bayden 2020-ci ildə ABŞ-nin hazırkı Prezidenti Donald Tramp üzərində seçkilərdə qalib gəlməzdən əvvəl bu təşkilatda təmsil olunub. Bayden agentlikdə işlədiyi müddətdə “Mənə söz ver, ata” adlı xatirə kitabını dərc etdirmişdi. Hazırda Baydenin bu yaşda istedad agentliyində nə edəcəyi bəlli deyil.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp Baydenin yeni karyera yolu ilə bağlı açıqlama verib. O, jurnalistin bu barədə ünvanladığı suala kinayəli şəkildə “Zarafat etmiş olmalısan”, – deyə gülərək cavab verib.

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.