AMEA-da çalışan alimlərin şeirləri çap ediləcək –Almanax hazırlanır

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı və Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə akademiyada çalışan elm adamlarının şeirlərindən ibarət ədəbi almanax çap ediləcək.

Akademiyadan “Report”a verilən məlumata görə, bədii yaradıcılığa həvəsi olan AMEA əməkdaşları bu sahədə özünü sınamağa dəvət olunur.

Kitaba hər bir müəllif tərəfindən 3 şeir ilə yanaşı, 2 hekayə də təqdim oluna bilər. Müəlliflərdən tərcümeyi hal, 3 şeir (2 hekayə), 1 ədəd 3×4 ölçüdə şəklin elektron formada göndərilməsi tələb olunur.

Şeir, hekayə və tərcümeyi hallar iyunun 30-dək AMEA-nın Azad Həmkarlar İttifaqının e-poçt ünvanına ([email protected]) göndərilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan nefti 42 dolları ötüb

Sonrakı məqalə

Şvartsneqqer məşq zalına eşşək balası ilə gəldi –