AMEA-da Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq məsələləri üzrə komissiya yaradılıb

“Müdafiə Sənayesi Nazirliyində ölkənin təhlükəsizliyinin təmin edilməsi və bir sıra hərbi təyinatlı məhsulların istehsalı istiqamətində elmi tədqiqat işləri həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu AMEA-nın akademik-katibi Əminağa Sadıqov barədə AMEA Rəyasət Heyətinin iclasında deyib O bildirib ki, həmin elmi tədqiqatların daha da təkmilləşdirilməsi, AMEA-nın müvafiq elmi müəssisələrinin potensialından səmərəli istifadənin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi ilə AMEA-nın qarşılıqlı əməkdaşlığının, birgə elmi-innovativ fəaliyyətinin yeni əsaslarla təşkilinə ehtiyac var.

Məsələ ilə bağlı çıxış edən Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev bildirib ki, uzun illərdir  Nazirliklə elmi əməkdaşlıq əlaqələri mövcuddur və birgə elmi layihələr üzərində iş aparılmaqdadır.6

“Lakin effektiv nəticələrin əldə olunması üçün bu sahədə məqsədyönlü koordinasiyaya ciddi ehtiyac var. Bu mənada hər iki qurum arasında əməkdaşlıq əlaqələri üzrə komissiyanın yaradılması olduqca əhəmiyyətlidir.

Məsələ geniş müzakirə olunduqdan sonra  Rəyasət Heyətinin qərarı ilə əməkdaşlıq məsələləri üzrə komissiya yaradılıb, müvafiq tapşırıqlar verilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AMEA-da yeni təyinatlar olub

Sonrakı məqalə

Hirkan Milli Parkında yanğın olub