Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

AMEA-nın Ümumi yığıncağı başlayıb

User 27 Aprel 2022 - 11:10 (Last updated: 21 May 2025 - 20:15)
AMEA

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı başlayıb.

Ümumi yığıncağı AMEA-nın Prezidenti vəzifəsini müvəqqəti icra edən Arif Həşimov giriş nitqi ilə açıb.

Proqrama əsasən, Ümumi yığıncaqda AMEA-nın vitse-prezidentləri Rasim Əliquliyev, Dilqəm Tağıyev, İbrahim Quliyev, İradə Hüseynova, İsa Həbibbəyli və Gövhər Baxşəliyeva, eyni zamanda AMEA-nın Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev, Gəncə bölməsinin sədri Fuad Əliyev 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabat verəcəklər.

Bundan əlavə, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qurumun Nizamnaməsi haqqında məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, Ümumi yığıncaqdan əvvəl “Elm günü”nə həsr edilmiş Akademiyanın elmi nailiyyətlərinin sərgisinin açılışı olub. Sərgi ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlər tanış olublar.

Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının nümayəndələri əldə edilən nailiyyətlər, kitab və monoqrafiyalar, bukletlər, kataloqlar, yüksək məhsuldarlığı ilə seçilən bitki sortları, flora nümunələri, dezinfeksiyaedici ultrabənövşəyi robot, dronlar, sürtkü yağları və s. haqqında gələn qonaqlara məlumat veriblər. Həmçinin müəssisələrin nailiyyətləri quraşdırılmış monitorlar vasitəsilə əyani nümayiş etdirilib.

Post navigation

Previous: Prezident Gürcüstanın xarici işlər nazirini qəbul edib
Next: Rusiyanın Belqorod vilayətində silah anbarında yanğın olub

Oxşar xəbərlər

kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35

xƏBƏR

buzlaqlar
  • Maraqlı

Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz

User 03 Noyabr 2026 - 17:40
Antarktidada yerləşən Tueyts buzlağının (“Qiyamət günü buzlağı”) altına okeanın isti suları bir neçə kilometr məsafədə nüfuz edir...
Read more about Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz
Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21
Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.