Amerikada işsizlərin sayı artır

Koronavirus pandemiyası dünyanın ən böyük iqtisadiyyatına zərər vurmaqda davam etdiyi üçün ABŞ Əmək Nazirliyi keçən həftə işsizlik təzminatı üçün müraciət edənlərin sayının yenidən artdığını bildirib.

Azpost.info “Amerikanın Səsi”nə istinadən bildirir ki, hökumət keçən həftə 861,000 işçinin təzminat üçün müraciət etdiyini bəyan edib. Bu, əvvəlki həftə ilə müqayisədə 13,000 nəfər çox və kəskin şəkildə artım demək olub.

Son iki həftədə koronavirusa yoluxmaların sayı gündə 100 mindən aşağı olsa da, gündə on minlərlə insan virusa yoluxduğuna görə ABŞ iqtisadiyyatı hələ də ciddi problemlərlə qarşılaşır. Biznes sahibləri virusun yayılmasının qarşısını almağa çalışan ştat və bələdiyyələrin işçilərin iş saatlarının məhdudlaşdırılması və ya iş yerlərinin bağlanması barədə qərarları ilə üzləşir.

Artıq aylardır işsizlik təzminatı üçün müraciət edənlərin sayı həftədə 700 mindən, bəzən 800 mindən yuxarı, bəzi həftələrdə isə 900 mindən yuxarı olub.

Hazırkı göstəricilər mart ayının sonunda koronavirus pandemiyasının ABŞ-da yayıldığı zaman işsizliyə görə rekord, 6.9 milyon müraciətin verildiyi vaxtla müqayisədə az olsa da, 1960-cı illərdən bəri pandemiya səbəbindən yüksək səviyyədə qalmaqda davam edir.

Federal hökumət dövlət təzminatından əlavə işsizlərə həftədə $300 dollar ödəyir. Bu ölçü gələn aya qədər davam edəcək. Prezident Co Bayden təklif etdiyi $1,9 trilyon dollarlıq koronavirus yardım paketində sentyabr ayına qədər işsizlərə həftədə $400 dollar verilməsi nəzərdə tutulur. Respublikaçılar isə ödənişləri $300 dollar səviyyəsində saxlamağa çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Latviya teleaparıcı Vladimir Solovyovun ölkəyə girişini qadağan edib

Sonrakı məqalə

Rusiya ABŞ-ın bombardmançı təyyarələrinin Norveçdə yerləşdirməsinə etiraz edib