Amerikalı qadın pilot F-35 qırıcısını gəmiyə belə çırpdı –VİDEO

Yapon dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinin “Carl Vinson” təyyarədaşıyan gəmisinin göyərtəsində qəzaya uğrayan F-35 qırıcısının videokadrları yayılıb.

Təyyarənin dünyada ilk F-35 qadın pilotu, kapitan Anneliza Sats tərəfindən idarə edildiyi məlum olub. Bu, kapitanın təyyarədaşıyanın göyərtəsindən ilk uçuşu olub. O, kobud səhvə yol verərək qırıcını təyyarədaşıyana çırpıb.

Anneliza Sats 2019-cu ilin iyununda F-35B pilotu kursunu tamamlayıb və bu təyyarələrdə uçmaq lisenziyası alıb. O, həmin il ABŞ dəniz piyadaları korpusunun Yaponiyada dislokasiya olunmuş 121-ci qırıcı eskadrilyasına təyin olunub. 2018-ci ildə isə ilk dəfə F-35 qırıcısının sükanı arxasına keçib.

Dənizə düşən qırıcının şturvalı arxasında qadın pilotun olduğunu KİV-lərə “Carl Vinson” təyyarədaşıyanının heyət üzvlərindən biri ötürüb.

Qəza anının KİV-lərə ötürülən yeni videokadrlarında qırıcının göyərtəyə enmə anında pilotun necə səhvə yol verdiyi görünür, təyyarə göyərtəyə çatmağa az qalmış hündürlüyün düzgün seçilməməsi nəticəsində alt hissəsi göyərtəyə dəyir. Həmin görüntülərin yayılması ABŞ komandanlığını qəzəbləndirib və bildirilir ki, video təyyarədaşıyanın heyət üzvlərindən biri tərəfindən sızdırılıb. Onun kimliyinin müəyyən edilməsi üçün təhqiqat aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qapanmalarla bağlı hökumət qərar verə bilər” –

Sonrakı məqalə

Ödənişli oxuyan 20 min tələbənin təhsil pulunu dövlət ödəyir