“Qapanmalarla bağlı hökumət qərar verə bilər” –ÜST-ün Bakıdakı nümayəndəsi

“COVID-19-un Omikron ştamı ilə bağlı yoluxma sayında yüksək artım görünür”.

Azpost.info bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, bununla bağlı görüləcək tədbirlər eynidir:

“Peyvənd olunmayanları vaksinasiyaya dəvət edirəm. Yoluxma sayları çox yüksəkdir, amma xəstəlik əsasən yüngül keçir. Ölüm saylarında artım yoxdur. Bundan sonra da yeni ştamlar yarana bilər. Qapanmalarla bağlı hökumət qərar verə bilər”.

O qeyd edib ki, ÜST və UNİCEF məktəblərin açıq qalmasının tərəfdarıdır: “Qapanmaların lokal olaraq, lazım olduqda həyata keçirilməsini tövsiyə edirik” -, bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səlcuq Bayraktar Qarabağ Zəfərindən danışdı, Rəsulzadənin şüarını dedi

Sonrakı məqalə

Amerikalı qadın pilot F-35 qırıcısını gəmiyə belə çırpdı –