“Amerikalıları Abşeron yarımadasından kənara çıxmamağa çağırırıq” –ABŞ səfirliyi Ermənistanla sərhəd gərginliyi ilə bağlı müraciət etdi

ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəmizdə olan vətəndaşlarına müraciət edib.

Azpost.info bildirir ki, səfirlik Ermənistan-Azərbaycan sərhəddində gərginliyə görə, Abşeron ərazisini tərk etməməyə çağırıb.

“Azərbaycan-Ermənistan sərhəddində vəziyyətin gərginliyini nəzərə alaraq, ABŞ səfirliyi öz vətəndaşlarını Abşeron yarımadasından kənara çıxmamağa çağırır”.

ABŞ səfirliyi ABŞ vətəndaşlarını ictimai yerlərdə ehtiyatla davranmağa çağırır. “Səfirlik təhlükəsizliklə bağlı əlavə məlumat təmin edəcək”.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir