Anar Kərimov Mədəniyyət naziri təyin olunub –SƏRƏNCAM

Anar Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən “Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 iyul tarixli 2163 nömrəli Sərəncamı ləğv edilib.

Prezidentin digər Sərəncamı ilə Anar Kərimov Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz torpaqlarını erməni əsirliyindən azad etdi –

Sonrakı məqalə

Zəngilan rayonunun Cahangirbəyli kəndi –