Anar Məmmədov Nazirlər Kabinetinin şöbə müdiri təyin edilib

27 İyul 2020 - 10:07

Nazirlər Kabinetində yeni təyinat olub.

“Report”un əldə etdiyi məlumata görə, Anar Məmmədov Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.

Qeyd edək ki, Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri vəzifəsi boş idi.