Andrey Şevçenko Ukrayna üçün 600 min avro yardım toplayıb

Futbol üzrə Ukrayna milli komandasının keçmiş baş məşqçisi Andrey Şevçenko şəxsi əlaqələri ilə Ukrayna üçün 600 min avro yardım toplayıb.

Azpost.info xəbər verir ki, Şevçenko bu çətin anlarda Ukraynaya dəstək üçün çoxsaylı fondlarla danışıqlar apardığını deyib.

O, ailəsinin hələ də Ukraynada qaldığını bildirib və ölkəsini müdafiə edən hər kəsə minnətdarlığımı bildirib: “Qohumlarım Ukraynadadır, onlara salam göndərmək istəyirəm. Anam, bacım, qohumlarım Kiyevdədir. Onlar heç yerə getməyəcəklər. Orada olacaqlar, imkan daxilində kömək edəcəklər. Mən Ukraynanı müdafiə edən əsgərlərə və bütün insanlara minnətdarlığımı bildirmək istəyirəm. Siz mənim qəhrəmanlarımsınız! Çox sağ olun!”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xarkovdakı konsulluğumuzun yaxınlığına raket düşüb, binaya ziyan dəyib

Sonrakı məqalə

Pakistanın kontr-admiralı Şifaat Ali Xan Bakıya gəlib –