Xarkovdakı konsulluğumuzun yaxınlığına raket düşüb, binaya ziyan dəyib

“Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunun binasının yaxınlığına, 200 metr məsafədə qanadlı raket düşüb”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib.

O qeyd edib ki, bunun nəticəsində yaxınlıqdakı binaların, o cümlədən konsulluğun iki pəncərəsinin şüşələri sınıb: “Bütün təhlükələrə baxmayaraq, Fəxri konsulluq fəaliyyətini davam etdirir. Hazırda Fəxri konsulluqda mən və konsulluğun 3 əməkdaşı var. Biz Azərbaycan vətəndaşlarının müraciətini qəbul edirik və onların təxliyəsinə yardım etməyə çalışırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sberbank”ın səhmlərinin qiyməti bir sentə düşüb –

Sonrakı məqalə

Andrey Şevçenko Ukrayna üçün 600 min avro yardım toplayıb