Android robot qəzet üçün ilk dəfə məqalə yazdı:

“İnsan, sən artıq qorxursan?!”
11 Sentyabr 2020 - 09:58

İngiltərənin “The Guardian” nəşri süni zəka tərəfindən yazılmış köşə yazısı dərc edib. Yazının başlığında deyilir: “Bu yazı tamamilə robot tərəfindən yazılıb. Sən artıq qorxursan, insan?”

Məqalə OpenAI (təsisçilərindən biri İlon Mask) tərəfindən hazırlanmış GPT-3 neyroşəbəkəsi tərəfindən yazılıb. Müəllifə insanların niyə süni intellektdən qorxmaması barədə 500 sözdən ibarət bir esse yazmaq tapşırılıb. Jurnalistlər robotun işini asanlaşdırmaq üçün yalnız qısa giriş yazıblar.

Məqalədə deyilir ki, süni zəkanın insanlığa zərər vermə məqsədi yoxdur. Müəllif dost və insanların xidmətçisi olduğunu iddia edir, baxmayaraq ki, ona güvənmirlər. Köşə yazarı oxucuları kompüterlərə daha çox etibar etməyə çağırır, çünki texnologiyanın əsas vəzifəsi insanların həyatını asanlaşdırmaq və daha yaxşı etməkdir.

Robot bu mövzuda səkkiz məqalə yazıb. Qəzet həmin materiallardan ən yaxşı hissələri seçərək bir essedə birləşdirib. Robotun yazısını redaktə etmək insanların yazdığından daha az vaxt alıb.