“Peyvənd çox yaxın vaxtda hazır olacaq” –TRAMP

ABŞ Prezidenti Donald Tramp amerikalı alimlərin yaxın gələcəkdə koronavirus peyvəndini hazırlayacağını elan edib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

“İlin sonuna qədər biz etibarlı və təsirli peyvənd hazırlayıb Çin virusunu məğlub edəcəyik. Düşünürəm ki, peyvənd çox yaxın vaxtda hazır olacaq”, – deyə Birləşmiş Ştatlar prezidenti söyləyib.

Qeyd edək ki, D.Tramp daha əvvəl etdiyi çıxışların birində COVID-19 əleyhinə hazırlanan peyvəndin oktyabr ayında istifadəyə veriləcəyini bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin Zaxarovanın ədəbsiz paylaşımına görə Serbiya prezidentindən üzr istəyib

Sonrakı məqalə

Android robot qəzet üçün ilk dəfə məqalə yazdı: