Türkiyə Finlandiya və İsveçə terrorçuların yeni siyahısını təqdim edəcək.
Azpost.info xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
“Avqustun 26-da Türkiyə Finlandiya və İsveçə yerinə yetirməli olduqları on bənddən ibarət sənədi xatırladacaq. Helsinki və Stokholma Türkiyəyə ekstradisiya edilməli olan terrorçuların yenilənmiş siyahısı təqdim ediləcək. Siyahıya daha əvvəl bu ölkələrdən tələb olunan, lakin geri qaytarılmayan terrorçuların adları da əlavə ediləcək”, – məlumatda bildirilir.
Qeyd edək ki, avqustun 26-da Helsinkidə Türkiyə, Finlandiya və İsveçin imzaladığı (NATO-nun iyunun sonunda Madriddə keçirilən sammitində) üçtərəfli memorandum əsasında yaradılmış Daimi Birgə Mexanizmin ilk iclası keçiriləcək.
Azpost.info
