Ankara İsveç və Finlandiyanın NATO-ya qoşulmasını ləngidir?- Akar ittihamlara cavab verdi

Türkiyə müdafiə naziri Hulusi Akar Ankaranın İsveç və Finlandiyanın NATO-ya qoşulması prosesini ləngitməsi ilə bağlı tənqidlərə cavab verib.

Azpost.info xəbər verir ki, Akar bu barədə “Financial Times”a müsahibəsində danışıb.

Onun sözlərinə görə, narahatlıq üçün səbəb yoxdur: “Türkiyə Alyansın sınanmış üzvüdür və müttəfiqlərə qarşı heç vaxt hərəkət etməyəcək. Biz NATO-nun açıq qapı siyasətini tam dəstəkləyirik. Lakin namizəd ölkələrin Alyansa üzv olmaq istəyinə hörmət etdiyimiz kimi, onlar da bizim təhlükəsizlik maraqlarımıza hörmət etməlidirlər. Biz bu problemin həllini istəyir, İsveç və Finlandiyanın işlərini tamamlayıb problemi həll etmələrini gözləyirik”.

Azpost.info

Əvvəlki məqalə

Maliyyə Nazirliyindən QHT-lərlə bağlı

Sonrakı məqalə

“Rusiyanın sanksiyalarına məruz qalmağıma şadam”