“Rusiyanın sanksiyalarına məruz qalmağıma şadam”- Britaniya XİN rəhbəri

“Bu, Kiyevə yardımın cavabıdırsa, Rusiyanın sanksiyalarına məruz qalmağıma şadam”.

Azpost.info xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.

“Rusiya hökuməti mənə qarşı sanksiyalar tətbiq etdi. Əgər bu, Ukraynanın azadlığını dəstəkləməyin qiymətidirsə,sanksiyalara məruz qalmağıma şadam”, – nazir bildirib.

Yanvarın 14-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqladı ki, Kleverli və Britaniya Baş Qərargah rəisi Patrik Sanders Rusiyanın sanksiya siyahısına daxil edilib. O bildirib ki, Britaniya Nazirlər Kabinetinin bir sıra üzvlərinin, hüquq-mühafizə orqanlarının və jurnalist korpusunun nümayəndələrinin Rusiyanın “stop siyahısı”na daxil edilməsi haqqında qərar Britaniya hökuməti tərəfindən aparılan anti-Rusiya kampaniyasına cavab olaraq qəbul edilib.

Azpost.info

Əvvəlki məqalə

Ankara İsveç və Finlandiyanın NATO-ya qoşulmasını ləngidir?

Sonrakı məqalə

Putinlə Ərdoğan arasında telefon söhbəti olub