Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Ankara küçələrindən biri “Qarabağ Şəhidləri Bulvarı” adlandırılıb

User 08 Noyabr 2023 - 12:47 (Last updated: 21 May 2025 - 20:15)
16994327114474512705_1200x630

Türkiyənin paytaxtı Ankaranın küçələrindən birinə “Qarabağ Şəhidləri Bulvarı” adı verilib.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasından bildirilib ki, bu addım Azərbaycanın Zəfər Gününün üçüncü ildönümü ərəfəsində atılıb.

Ankara Böyükşəhər Bələdiyyə Başqanlığının texniki işlər şöbəsinin (Fen İşləri Dairəsi) müdiri Aziz Murat Seyrekin adından Xarici Əlaqələr Dairəsi Başqanlığına ünvanlanan 2023-cü il 24 oktyabr tarixli məktubda bildirilib ki, bu məsələ ilə bağlı bələdiyyəyə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasından rəsmi müraciət daxil olub. Müraciətdə 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Ankaranın küçələrindən birinə “Qarabağ Şəhidləri” adının verilməsi təklif edilib.

Böyükşəhər Bələdiyyə Məclisinin qərarı və Ankara valiliyinin təsdiqi ilə paytaxtın Etimesgut rayonunun Şəkər məhəlləsinin və Şəhid Osman Avcı məhəlləsinin sərhədlərində yerləşən “1419-cu küçə”nin adı dəyişdirilərək, “Qarabağ Şəhidləri Bulvarı” adlandırılıb.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası rəhbərliyinin oktyabr ayında Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaşla görüş zamanı paytaxtın mərkəzi küçə və ya parklardan birinə “Qarabağ Şəhidləri” adının verilməsi təklifi diqqətə çatdırılıb. Bələdiyyə sədri ilk məclis toplantısında bu məsələnin müzakirəyə çıxarılacağına söz verib.

Post navigation

Previous: Sabah hava necə olacaq?
Next: Zəfər Günü ilə əlaqədar Tbilisidə aksiya keçirilib

Oxşar xəbərlər

hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29

xƏBƏR

urek
  • Maraqlı

Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir?

User 30 Oktyabr 2026 - 17:55
Xroniki yüksək arterial təzyiq sağlamlıq üçün ciddi təhlükə yaradır. Bu vəziyyət insult və ağır ürək-damar xəstəliklərinin inkişaf...
Read more about Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir?
Ərdoğan Ceyhun Bayramovu qəbul edib erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı? maqnit
  • Maraqlı

Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı?

User 30 Oktyabr 2026 - 17:46
Acqarına içilən bu içkilər mədəyə və qanda şəkərə zərər verə bilər cay kofe
  • Maraqlı

Acqarına içilən bu içkilər mədəyə və qanda şəkərə zərər verə bilər

User 30 Oktyabr 2026 - 17:40
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.