“Ankara “taxıl sazişi” ilə bağlı Rusiya, Ukrayna və BMT ilə danışıqlar aparır”- AKAR

“Ankara martın 18-də başa çatacaq “taxıl sazişi”nin uzadılması üçün Rusiya, Ukrayna və BMT ilə danışıqlar aparır”.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

“Ukrayna da, Rusiya da təşəbbüsün ikinci dəfə uzadılmasına müsbət yanaşır”, – deyən nazir sazişin müddətinin uzadılmasına ümid etdiyini deyib.

Akar Ankaranın razılaşmanı qorumaq üçün səylərini davam etdirdiyini bəyan edib.

Azpost.info

Əvvəlki məqalə

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycanla Ermənistanı dialoqa çağırıb

Sonrakı məqalə

Nazirliyin satışa çıxardığı mənzillərdən bir qismi satılıb