“Ankaranın ekstradisiya tələblərinə dərhal baxılacaq”- İsveç Baş naziri Ərdoğana məktub göndərib

İsveçin Baş naziri Ulf Kristersson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“İsveç Türkiyəyə məktub göndərərək NATO üzvlüyünü təsdiqləmək üçün atdığı addımları, o cümlədən Stokholmun Ankaranın terrorda şübhəli bilinən şəxslərin ekstradisiya tələblərinə dərhal baxacağına zəmanət verib” – məlumatda bildirilir .

“Üçtərəfli sazişin bütün əsas elementləri üzrə konkret addımlar atılıb. İsveç terrorda şübhəli bilinən şəxslərin ekstradisiyası ilə bağlı gözlənilən sorğuları operativ və hərtərəfli həll etməyə sadiqdir”, – məktubda qeyd olunur.

Baş nazir həmçinin bəyan edib ki, İsveç təhlükəsizlik xidmətləri PKK-ya qarşı fəaliyyətini gücləndirib.

Azpost.info

Əvvəlki məqalə

Çinin sabiq rəhbəri Kommunist Partiyasının qurultayından zorla çıxarıldı –

Sonrakı məqalə

“Rusiyanın İran PUA-ları ilə mülki hədəfləri vurması hərbi cinayətidir”